Tofiq Yaqubluya 9 il həbs cəzası verildi

Müsavat partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 9 il həbs cəzası verilib.

Bizimxeber.az bildirir ki, martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələrilə təqsirli bilinib.

Hökmü Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər heyəti çıxarıb.

T.Yaqublu ilə birlikdə mühakimə olunan Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum edilib.