Davosda keçirilən Dünya İqtisadi Forumunda Belarursa prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya maraqlı təkliflə çıxış edib.
Bizimxeber.az bildirir ki, Tixanovskaya görə, Belarus Rusiyanın zəif nöqtəsidir: "Qərb Belarusa problem kimi deyil, Rusiya prezidenti Vladimir Putinə təzyiq etmək imkanı kimi baxmalıdır. Bu, Putinin ən zəif nöqtəsidir. Əgər siz belaruslara ölkəni geri qaytarmağa kömək etsəniz, orada demokratiya bərqərar olunsa, bu, Putin üçün ən böyük sanksiyalar olacaq ”, - deyə Tixanovskaya bildirib .
Qeyd edək ki, o, Belarusda prezident Aleksandr Lukaşenkoya qarşı hərbi çevrilişin mümkün olduğunu bildirmişdi. Onun sözlərinə görə, çevrilişdə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən “Kalinovski alayı” iştirak edə bilər. Tixanovskaya iddia edir ki, belaruslar alaya “böyük hörmət və ümidlə” yanaşırlar.