Tiflisdə yenidən hökumətə qarşı etiraz aksiyaları başlayıb.
Bizimxeber.az bildirir ki, yenə yüzminlərlə insan parlament binası qarşısına toplaşmağa başlayıb.
Polis qüvvələri ərazini nəzarətdə saxlayır.
Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Tiflisdə müxalifətin genişmiqyaslı aksiyaları sistemli hal alıb.
***
Tiflisdə xüsusi təyinatlılar nümayişçiləri parlament binasından uzaqlaşdırmağa başlayıb. Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Aksiyaçılara qarşı güc tətbiqi edilmədiyi bildirilib.