Təyyarə radarlardan itdi

Göyərtəsində 6 nəfər olan An-26 təyyarəsi Rusiyanın Xabarovsk diyarında radarlardan itib. 

Bu barədə TASS-a xilasetmə xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə rabitə vasitələrinin yoxlanması məqsədilə texniki uçuş yerinə yetirirmiş. Mərkəzi Xabarovsk aerodromunun 38 km cənub-qərbində təyyarə ilə əlaqə kəsilib.

Digər məlumata görə, təyyarə Xextsirsk qoruğu rayonunda yoxa çıxıb.