Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi avtomatik sistemlərdə nasazlıq yarandıqdan sonra Aktauda əl ilə məcburi eniş etməyə cəhd edib .
“Ekipaj 8:35-də qəza siqnalı və idarəetmə sisteminin nasazlığı barədə məlumat verib. Sonra 8:49-da Aktauya təcili eniş tələb edib və onu birbaşa rejimdə etməyə çalışıb. Lakin saat 9:28-də təyyarə yerə çırpılıb”, - əməliyyat qərargahından bildirilib.
Təcili yardım xidmətləri texniki nasazlığı baş verənlərin prioritet versiyası adlandırıb: “Fəlakətdən əvvəl ekipaj dispetçerlərə əsas sistemlərdən birinin nasazlığı barədə məlumat verib. O, qəza siqnalı verdi və sonra təyyarə radar ekranlarından itdi”. Qroznı aeroportunun xidmətlərindən “İnterfaks”a verilən məlumata görə, insidentdən əvvəl təyyarə iki dəfə, əvvəlcə Mahaçqalaya, sonra isə hava şəraitinə görə – Aktauya yönləndirilib.