Təyinat alan hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov  yeni təyinat alan hakimlərlə görüşüb. 

Təyinat alan hakimlərdən Xaliq Məmmədovun Vətən müharibəsi iştirakçısı olduğu müəyyənləşib.

O, hakim fəaliyyətinə Şəki Ağır Cinayətlər Məhkəməsində başlayacaq.

Qeyd edək ki, 40 nəfər namizəd Prezident İlham Əliyevin sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.