Texas Baş prokuroru Baydeni məhkəməyə verdi

Texas ştatının baş prokuroru Ken Paxton 450 min seçicinin vətəndaşlığının yoxlanılması tələbinə cavab verilmədiyi üçün Amerika prezidenti Co Bayden administrasiyasını məhkəməyə verib.

Bizimxeber.az bildirir ki, bu barədə Baş Prokurorluğun  saytında məlumat verilib.

“Baş prokuror Paxton Daxili Təhlükəsizlik Departamentinə və Bayden-Harris Administrasiyasının digər üzvlərinə qarşı potensial olaraq uyğun olmayan seçicilərin vətəndaşlığını yoxlamağı tələb edən federal qanuna tabe olmaqdan imtina etdiklərinə görə məhkəməyə müraciət edib”, - bəyanatda deyilir.

Oktyabrın 7-də Baş Prokurorluq Vaşinqtona məktub göndərərək, ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığını yoxlamaq üçün kömək istəyib. 

Bununla belə, federal orqanlar tələb olunan məlumatları təqdim etməyiblər. 

Bu arada “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ABŞ Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar bağışlayıb.