Tərəfdarları İmamoğlunu tək qoymadı - FOTO

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində başladılan iki araşdırma çərçivəsində bu gün ifadə verib.

Bizimxeber.az “Yeni Şafak”a istinadən xəbər verir ki, İmamoğlu ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib. 

Bu zaman məhkəmənin önündə böyük izdiham yaranıb və tərəfdarları onu tək qoymayıblar. İstanbulun meri daha sonra məhkəmənin önünə toplaşan tərəfdaşlarının qarşısında çıxış edib. İmamoğlunu dəstəkləmək üçün oraya Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da gedib.