Tənəffüsdə halı pisləşən məktəbli öldü

Ağstafada məktəbli vəfat edib.

Rayon sakini, 1 nömrəli məktəbin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Məktəbli xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Araşdırma aparılır.