Telefonu düzgün doldurmaq qaydaları açıqlandı - 90 faiz enerji

“Google” şirkəti “Android” cihazlarını düzgün doldurmağın yollarını izah edib.

Bizimxeber.az bildirir ki, bu barədə “The Sun” nəşri yazıb. 

Smartfonun, eləcə də batareyasının daha uzun müddət işləməsi üçün batareyanın 90% -dən çox doldurmaq lazım deyilmiş. Bunu etmək üçün cihazın parametrlərinə keçin və müvafiq məhdudiyyəti təyin edin.

Həmçinin, mütəxəssislər, mümkünsə, enerjiyə qənaət rejimini yandırmağı və arxa planda işləyən proqramları bağlamağı məsləhət görürblər. Bu da batareyanı gizli şəkildə boşalmasına səbəb olur.

Eyni zamanda, enerji doldurarkən telefonu sərin bir yerdə qoymaq və Wi-Fi və İnternet paylama funksiyasını söndürmək daha yaxşıdır.