Telefon tarifləri 1 manat bahalaşdı

Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı daha baha tariflərlə hesablanacaq. Bununla bağlı qərarı Tarif Şurası ötən həftə vermişdi.

Belə ki, bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.