Tələbələr virusa yoluxdu - 3 qrup distant təhsilə keçdi

Azərbaycan Texniki Universitetində 3 tələbədə koronavirus aşkarlanıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib.

O bildirib ki, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant təhsilə keçib: "Ancaq universitetdə yoluxma kütləvi deyil. Virusa yoluxan tələbələrin vəziyyəti normaldır".