"Təəssüf edirəm ki, Qarabağda insanların ölməsi halları hələ də var"- Putin


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verir".

Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə azərbaycanlı həmkarı İlham Əliyevi qəbul edərkən deyib. Putin deyib ki, Rusiya sülhməramlıları regionda müsbət rol oynayır və Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzi fəal işləyir: "Lakin problemlər də var. Təəssüf edirəm ki, insanların ölməsi halları hələ də var. Ona görə də belə hadisələrin qarşısını almaq, vəziyyəti sakitləşdirmək üçün tədbirləri birgə müzakirə etmək lazımdır".

Bizimxeber.az