Tbilisidə ictimai nəqliyyatda etiraz səs yazıları - Sistem çökürdüldü - VİDEO

Tbilisidə ictimai nəqliyyatda gediş haqqını ödəyən qurğular etiraz səs yazıları səsləndirib.

Bizimxeber.az bildirir ki, rəsmi qurumlar insidentlə əlaqədar onlar müvəqqəti olaraq sistemi söndürmək məcburiyyətində qalıblar.

Cihazlarda yayılan səslərdə, 1999-cu ildə Avropa Şurası Parlament Assambleyasının iclasında Gürcüstan parlamentinin o vaxtkı sədri Zurab Jvaniyanın “Mən gürcüyəm, ona görə də Mən avropalıyam!" eşidilib. Həmçinin Gürcüstanın himni, avropapərəst aksiyalarda nümayişçilərin "Gürcüstana şöhrət! Ukraynaya şöhrət!" və başqaları olub.

Meriyadan bildirilib ki, mümkün kiberhücum səbəbindən Tbilisidə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi sistemi müvəqqəti olaraq sıradan çıxıb.

"Cihazlara texniki xidmət "Bank of Georgia"nın podratçıları - "MS+" MMC və "Azri" MMC şirkətləri tərəfindən həyata keçirilir. Onların nümayəndələri nasazlığı tez bir zamanda aradan qaldırmağa başlayıblar. Cihaz yaxın vaxtlarda işə salınacaq" - meriyası bildirib.

Problemin aradan qaldırılması müddətində şəhər nəqliyyatı sərnişinlərə pulsuz xidmət göstərəcək”, - deyə şəhər rəhbərliyi bildirib.