Tatarıstanda çağırışçılara yaşayış məntəqələrini tərk etmək qadağan edildi

Tatarıstanda ehtiyatda olan bütün hərbi qulluqçulara şəhər və rayonlarını tərk etmək qadağan edilib.

Bizimxeber.az "kommersant"a istinadən bildirir ki, belə bir əmr respublikanın hərbi komissarı verib.

Qərara görə, səfərbərlik çərçivəsində sakinlər və təşkilatlar öz əmrlərinə uyğun olaraq istifadəyə yararlı avtomobilləri, yol-tikinti, yeraltı nəqliyyatı və digər maşın və mexanizmləri hərbi komissarlıqlara təhvil verməlidirlər.

Buna etiraz edən tatar analar övladlarının müharibəyə aparılmasına qarşı çıxıblar.