Tankerlə yük gəmisi toqquşdu - Ölən və yaralılar var

Şimal dənizində sahillərində tankerlə yük gəmisi toqquşub. 

Bizimxeber.az “Sky News”a istinadən bildirir ki, qəza nəticəsində azı 40 nəfər xəsarət alıb.

ABŞ bayrağı altında üzən və lövbərdə olan “Stena Immaculate” neft tankerində və ona çırpılan Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisində olanların dəqiq sayı barədə təsdiqlənmiş məlumat yoxdur.

“BBC” “Stena Immaculate” gəmisinin bütün ekipaj üzvlərinin xilas edildiyini açıqlayıb.