Dünən axşam saatlarında tanınmış jurnalist, Arqument.az saytının rəhbəri Şəmsad Ağa saxlanılıb.
Bizimxeber.az bildirir ki, yayılan məlumata görə, baş redaktorun saxlanılmasına səbəb “Meydan TV İşi” ilə bağlı istintaqdır.
Hələlik saxlanma səbəbləri ilə bağlı rəsmi məlumat verilməyib. Bir müddət əvvəl bu cinayət işi üzrə istintaqa şahid qismində cəlb olunan Şəmsad Ağanın ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu.
Məlumata görə, Şəmsad Ağa da Cinayət Məcəlləsinin 206-cı ( Qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.