Tanınmış jurnalist mətbuat katibi təyin edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yeni mətbuat katibi təyin edilib. 

Tanınmış jurnalist İlkin Kərimov AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, İlkin Kərimov uzun müddət ANS TV, ASAN Radio və digər media qurumlarında müxtəlif vəzifələrdə çalışıb.