Taliban silahlıları "cənnətə" düşüb - "Qu quşu"nda üzürlər - FOTOLAR

İnternetdə Bandi Amir Milli Parkının gölündə "Qu quşu" formasında zövq gəmiləri ilə gəzən, Taliban silahlılarının fotoları yayılıb. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, şəkillər İngilis hərbi jurnalist Jake Hanrahan tərəfindən yayılıb.

Fotolardan da görünür ki, Taliban silahlıları hətta gəmi gəzintisi zamanı da silahlarından ayrılmır, hətta harasa qumbaraatanı da hədəfləyir.

Bu park Əfqanıstanda ən populyar turistik yerlərdən biridir.