“Taliban” qadınların kişilərlə eyni media orqanında işləməsini qadağan edib


"Taliban” hərəkatı tərəfindən təyin edilmiş Əfqanıstanın Bədəxşan əyalətinin hakimiyyət orqanları qadın jurnalistlərin kişi həmkarları ilə eyni media qurumunda işləməsinə qadağa qoyub.

Bu barədə Əfqanıstanın Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalət hakimiyyəti qadın jurnalistlərə "insanların sıx olduğu yerlərə getməyi və oradan reportaj hazırlamağı” da qadağan edib.

Qeyd edək ki, yerli "TOLO News”  telekanalının məlumatına görə, "Taliban” ölkədə hakimiyyətə gəldikdən sonra 250-dən çox əfqan mediası iqtisadi səbəblər və ya radikalların tətbiq etdiyi məhdudiyyətlər ucbatından bağlanıb. /Mənbə: TASS/