Taliban Həmid Kərzainin Əfqanıstanı tərk etməsinə icazə vermədi

Taliban Əfqanıstanın eks-prezidenti Həmid Kərzaiyə BƏƏ-nin keçmiş rəhbəri Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın dəfn mərasimində iştirak etməyə icazə verməyib.

Bizimxeber.az bildirir ki, bu barədə Əfqanıstan mətbuatı Kərzaiyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kərzai dəfn mərasimində iştirak etməli idi və onun səfərinin hazırlanmasında BƏƏ-nin Kabildəki səfirliyi iştirak edib. Bununla belə, sözügedən dosye Taliban Xarici İşlər Nazirliyinə təhvil verildikdən sonra Kərzainin səfərinə və mərasimdə iştirakına qadağa qoyulub.

Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zabeullah Mücahid hadisə ilə bağlı medianın məlumatlarını yoxlayacağını bildirib.

Bundan əvvəl diplomatik mənbələr Həmid Kərzai və Milli Barışıq Ali Şurasının keçmiş rəhbəri doktor Abdulla Abdullanın Taliban tərəfindən ölkəni tərk etmələrinə icazə verilmədiyini təsdiqləyiblər. Kərzai İran televiziyasına müsahibəsində məhdudiyyətləri təsdiqləyib.

Amma Abdullah Abdullah hələ də aprelin 30-da Ramazan bayramı üçün Əfqanıstanı tərk edə bilib. Siyasətçi sosial şəbəkələrdə yazıb ki, o, bir neçə günlük ölkəni tərk edəcək, “tətilləri ailəsi ilə birgə keçirəcək”. Doktor Abdullahın ailəsinin Hindistanda olduğu bildirilir. Siyasətçi hələ də ölkəyə qayıtmayıb.