Taliban hansı halda Rusiyanın terror siyahısından çıxarıla bilər? - Şərtlər açıqlandı

Zaxarova, Talibanın terrorçu siyahısından çıxarılmasının şərtlərini adlandırdı 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, Rusiyanın terror təşkilatı kimi tanıdığı Talibanın terror siyahısından çıxarılmasının konkret hərəkətlərindən və addımlarından asılı olacağını deyib.

"Bu, konkret hərəkətlərdən, addımlardan və siyasətlərdən irəli gələn, nəzəri olaraq həll edilməyən, lakin praktikadan irəli gələn bir sualdır. Hər şey real hərəkətlərə əsaslanaraq ölçüləcək."