Tacikistan ərazisində, Çinin Sincan ilə sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.
Bizimxeber.az bildirir ki, Çin Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Güclü zəlzələ Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən də qeydə alınıb. Zvvəlcə zəlzələnin maqnitudası 7,1 hesablansa da, sonradan onu 6,8 olduğu aşkarlanıb.
Təşkilat zəlzələnin ocağının 20 km dərinlikdə, Tacikistanın Murqab kəndindən 66 km və Oş şəhərindən 272 km aralıda olduğunu bildirib.
Əhali arasında dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi qeyd edib ki, 2-3 bal gücündə yeraltı təkanlar Alma-Atada da hiss olunub. RİA Novosti xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə də öz növbəsində 2-4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.