Tacikistan və Qırğızıstan sərhədi razılaşdırıb

Tacikistan və Qırğızıstan ümumi dövlət sərhədi xəttinin hüquqi rəsmiləşdirilməsi işinə başlayıblar.

Bizimxeber.az bildirir ki, bu barədə Tacikistanın “Xovar” xəbər agentliyi məlumat yayıb.

Müvafiq protokol tərəflərin 2024-cü il dekabrın 11-dən 19-dək Düşənbədə keçirilən növbəti görüşünün yekunlarına görə imzalanıb. Qırğızıstanda keçiriləcək növbəti görüşdə bu işin davam etdiriləcəyi qeyd olunur.

Tacikistan və Qırğızıstan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsi “praktik olaraq həll olunub”.