"Hökumətin əsas vəzifəsi ölkənin dağılmasının qarşısını almaqdır".
Bizimxeber.az bildirir ki, bu sözləri Suriyanın yeni baş naziri Məhəmməd əl-Bəşir deyib.
"Müvəqqəti hökumətin vəzifələrinə təhlükəsizliyə nəzarət, dövlət institutlarının sabitliyini qorumaq və dövlətin dağılmamasını təmin etmək daxildir" deyə, yeni baş nazir bildirib.
Məhəmməd əl-Bəşir Suriyada yeni kabinet formalaşana qədər müvəqqəti hökumətin ölkə sakinlərinə “əsas xidmətlərin göstərilməsi” ilə məşğul olacağını vurğulayıb.
Qeyd edək ki, ölkənin Nazirlər Şurasının iclasında müxalifət lideri Məhəmməd əl-Bəşir keçid dövründə Suriya hökumətinin başçısı təyin olunub.