"Suriyada dünyanın əsas oyunçuları arasında mübarizə gedir".
Bizimxeber.az bildirir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko Suriyadakı vəziyyəti şərh edərkən deyib.
“Orada elə bir qarışıqlıq var ki, bu, mənə elə gəlir ki, başlanğıcdır və indi hakimiyyət uğrunda mübarizə başlayacaq. Suriyada dünyanın əsas oyunçuları arasında mübarizə gedir”.
Lukaşenko xatırladıb ki, Suriya vaxtilə sınaq meydanına çevrilib: “Bu, bizim üçün bir dərsdir. Biz öz taleyimizi özümüz təyin etməliyik. Biz ölkəmizi xilas etməliyik!” - Belarus lideri vurğuladı.