Suriya hökumətinə təhlükəsizlik zəmanəti verildi

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin rabitə və texnologiya naziri İyad əl-Xatibi məlumat verib. 

O bildirib ki, hökumət üzvləri yaxın iki gün ərzində işə qayıdacaqlar.

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb. Müxalif liderlər isə canlı yayımda rejimin bitdiyini elan ediblər.