Suriya hakimiyyətində dialoq alınmadı - Lavrov

Suriyada hakimiyyət dəyişikliyindən sonra ölkədaxili dialoq uğurlu alınmadı.

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov XIV Valday Yaxın Şərq Konfransında çıxışı zamanı deyib.

"Suriya ciddi problemlərlə üzləşib, o cümlədən hazırkı lider Əhməd Əş-Şəranın təmsil etdiyi hakimiyyət və onunla birlikdə fəaliyyət göstərən qruplar arasında anlaşma və dialoq problemi var.

Hakimiyyət dəyişikliyindən sonra onların arasında münasibətlər istənilən səviyyədə qurulmayıb. Bu məsələdə milli dialoqun qurulmasına aktiv və konstruktiv şəkildə kömək etmək lazımdır. Bunun üçün bütün xarici oyunçuların səylərinin birləşdirilməsi vacibdir", – deyə Lavrov vurğulayıb.

Nazir həmçinin Qərbin Rusiyanı, Çini və İranı Suriya məsələsindən uzaqlaşdırmağa çalışdığını qeyd edib.

"Rusiyanı, Çini və İranı Suriya nizamlanması prosesindən uzaqlaşdırmaq cəhdləri yaxşı niyyətlərdən irəli gəlmir və Qərbin öz rəqiblərini ikinci dərəcəli mövqelərə sıxışdırmaq planlarını ortaya qoyur", – deyə Lavrov bildirib.