Sumqayıtda məktəbli itkin düşdü - Foto

Sumqayıt şəhər 1 saylı orta məktəbin şagirdi Nihad Pənahov itkin düşüb.

Şagirdin yaxınlarının  verdiyi məlumata görə, Nihad dərsə getdikdən sonra itib. “Nihadın 7 dərsi var idi. 5-ci dərsdən uşaq yoxa çıxıb. Kameralara belə düşməyib. Polisə məlumat vermişik”, - deyə Nihadın bacısı bildirib. 

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Nihad 7-ci sinif şagirdidir. Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur.