Şumaxerin ailəsini şantaj edənlər tutuldu

Almaniya hakimiyyəti Formula 1 çempionu Mixael Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən iki nəfərin həbs edildiyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb. 

Onlar yarışçının qohumlarından bir neçə milyon avro tələb ediblər. 

Şantaj edənlərin ata və oğul olduğu üzə çıxıb. Onları 5 ilə qədər həbs gözləyir. 2013-cü ilin dekabrında əfsanəvi alman pilot dağ-xizək kurortunda kəllə-beyin travması almışdı. O vaxtdan bəri o, yataq xəstəsidir və tam həyat sürə bilmir.