Rusiya sülhməramlı kontingentinin helikopter ekipajları Xankəndidə yanacaq çəninin partlaması nəticəsində xəsarət alan Qarabağın mülki əhalisinin təcili aviasiya təxliyyəsini başa çatdırıb.
Bizimxeber.az bildirir ki, ümumilikdə 42 sanitar uçuş həyata keçirilib. Bu uçuşlar zamanı Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb dəstəsinin hərbi həkimləri tərəfindən 258 nəfər, o cümlədən Xankəndi Tibb Mərkəzinin tibbi və reanimasiya yardımına ehtiyacı olan xəstələri təxliyə edilib.
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır.
Rusiya sülhməramlı kontingentində hazırda evlərinə qayıda bilməyən 293-ü uşaq olmaqla 522 mülki şəxs var. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.