"ABŞ Avropa ilə birlikdə gələcək sülh danışıqlarına təcavüzün qurbanı olan Ukraynanı deyil, Rusiyanı məcbur etməlidir".
Bizimxeber.az bildirir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Sikorskinin fikrincə, ABŞ-ın yeni administrasiyasının hakimiyyətə gəlməsi fonunda Avropa daha çox səfərbər olmalıdır.
“Əmək bölgüsü elə olmalıdır ki, həm ABŞ, həm də Avropa İttifaqı Ukraynaya gələcək potensial danışıqlar üçün daha yaxşı danışıqlar mövqeyinə nail olmağa kömək etsin, bu, qurban deyil, təcavüzkar tərəfindən təşviq edilməli və məcbur edilməlidir”, o əlavə edib.