Süleyman Mikayılov icra başçısı postundan uzaqlaşdırılır - Boks Federasiyasında qalacaq

İki və daha çox vəzifə tutan məmurların "birini seç" prinsipi ilə vəzifədə saxlanmasının şahidi oluruq. Son günlər hakim partiya daxilində baş verən məlum hadisələr bu prosessi bir qədər də sürətləndirib. Artıq müəyyən dəyişikliklərin şahidi oluruq. 

Bizimxeber.az-a daxil olan məlumata görə, növbəti mərhələdə iki və daha artıq vəzifə tutan icra başçılarının sistemlənməsi prosessinə başlanacaq.

İlk olaraq Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun vəzifədən azad oluanacağı və fəliyyətini Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidenti kimi davam etdirəcəyi deyilir. Onun yerinə kimin təyin olanacağı isə hələlik bəlli deyil. 

Qeyd edək ki, Azərbaycan Respublikası Boks Federasiyasının fəaliyyəti ilə bağlı ciddi problemlər və narazılıqlar mövcuddur. Bütün bunlar göstərir ki, Federasiyasının aidiyyatı şəxsləri bir neçə vəzifə tutduqları üçün işlərinin öhdəsindən gələ bilmirlər.