Stoltenberq: "NATO Rusiyadan hərbi təhlükə görmür"

Şimali Atlantika Alyansı hazırda öz üzvlərinə Rusiya tərəfdən birbaşa hərbi təhlükə görmür.

Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz alyansın hər hansı üzvünə qarşı Rusiyadan təhdidlər müşahidə etmirik ”- deyə, Stoltenberq əlavə edib.

“Hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya öz gücünü bərpa edə bilər, lakin bu o demək deyil ki, biz müttəfiq ölkələr üçün dərhal təhlükə görürük. NATO dünyanın ən güclü hərbi ittifaqıdır".