Stoltenberq Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək

NATO-nun baş katibi Yens Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gedəcəyini açıqlayıb.

Stoltenberq bu haqda NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında danışıb. O, NATO-nun Türkiyəyə dəstəyi və sabah Türkiyəyə edəcəyi səfərlə bağlı məlumat verib.

“NATO müttəfiqləri, tərəfdaşları və NATO dəstəyini artırdı”, - deyə Stoltenberq əlavə edib.