Şoyqunun müavini barəsində 2 aylıq həbs qərarı verildi

Moskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. 

Bizimxeber.az  “İnterfaks”a istinadən xəbər verir ki, o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.