Şoyqu Ermənistanın yeni Müdafiə nazirini təbrik etdi

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Suren Papikyanı Ermənistanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bizimxeber.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Suren Papikyan karyerası hərbçisi olmayan (təhsilinə görə tarixçidir) noyabrın 15-də Arşak Karapetyanı əvəz edərək Müdafiə Nazirliyinə rəhbər təyin edilib. 

Papikyan baş nazir Nikol Paşinyanın ən yaxın adamlarından biridir. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra o, ərazi idarəetmə (o zaman - Ərazi İdarəetmə və İnfrastrukturlar) naziri vəzifəsinə təyin edilib. 2021-ci ilin iyununda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Papikyan Ermənistanın baş nazirinin müavini vəzifəsinin icrasına başlayıb.