Son sutkada Ukraynanın 21 PUA-sı məhv edildi

Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynanın 21 PUA-sını, 22 RYAS mərmisini və “Toçka-U” kompleksinin bir raketini vurub.

Biizimxeber.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qoşunlarımız Ukrayna Silahlı Qüvvələrinin 26 komanda məntəqəsini, canlı qüvvəsini və hərbi texnikasını, həmçinin 58 rayonda Ukrayna artilleriya birləşmələrini, o cümlədən Kubanski adasında 155 mm-lik M-777 haubitsalarını, Donetskin Novopokrovskoye bölgəsində “Smerç” çoxsaylı buraxılış raket sistemlərini vurub. Nikolayev vilayətində isə pilotsuz uçuş aparatlarını idarə edən üç mobil idarəetmə məntəqəsi məhv edib”, - məlumatda deyilib.

Qeyd olunur ki, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası bir sutka ərzində 96 rayonda canlı qüvvə və hərbi texnikanı və Xarkov vilayətinin Konstantinovka rayonunda səhra radar postunu məhv edib.