Bundestaqın xarici əlaqələr komitəsinin rəhbəri, sosial demokrat Maykl Rot öz partiyasının da daxil olduğu koalisiyanın Ukraynaya yardımın sonrakı maliyyələşdirilməsinə yanaşmasını tənqid edib.
Bizimxeber.az bildirir ki, o, bu barədə "Funke Mediengruppe" qəzetinə müsahibəsində bildirib.
Rot bunu federal hökumətin Ukrayna ilə bağlı “ölümcül siqnalı” adlandırıb, “əgər gələcək federal büdcələrdə yeni hərbi yardım üçün əlavə vəsait nəzərdə tutulmursa”.
Rot qeyd edib ki, Ukrayna ordusu uzun aylar ərzində ilk dəfə hücuma keçib və hazırda ölkənin Avropadakı ən mühüm hərbi müttəfiqi Almaniyanın hərtərəfli dəstəyinə ehtiyacı var.