Şolz Rusiyaya şərt qoydu - Hücumlar dayanarsa...

Rusiyanın Sülh Sammitində iştirakını arzuladığını, amma Rusiya hücumlarını davam etdirərsə bu planın həyata keçməyəcəyini bildirib.

Bizimxeber.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Şolz, Ukraynaya hərbi dəstək verməklə yanaşı, müharibədən çıxış yollarını da araşdırmaq lazım olduğunu vurğulayıb. O, sülh sammitində iştirakın yalnız hücumların dayandırılması şərti ilə mümkün olacağını qeyd edib.

Scholzun bu açıqlamaları Almaniyanın müxalifət partiyası CDU tərəfindən tənqid edilib.

Almaniya federal hökumətinin sözçüsü Şteffen Gebeşrayt, sülh prosesinin çətin olduğunu, lakin Kremlin diktəsi altında olmaması lazım olduğunu vurğulayıb. Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak isə, Rusiyanın ikinci Sülh Sammitinə dəvətini danışıqların başlanğıcı kimi qəbul etməmək lazım olduğunu bildirib.