Almaniya kansleri Olaf Şolz bazar günü Londonda Ukrayna ilə bağlı sammitə qatılacaq.
Bizimxeber.az bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.
O, həmçinin bildirib ki, görüşdə digər Avropa liderləri, həmçinin NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iştirak edəcək.
Hebestreit-in məlumatına görə, sammitdə Kiyevə dəstək üçün avropalı müttəfiqlərin gələcək fəaliyyətləri müzakirə olunacaq. Bundan əlavə, siyasətçilər mümkün sülh danışıqları və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.