Sobçak məhkəməyə verildi

Rusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak məhkəməyə verilib. Bu barədə hüquqşünas Katya Qordon instaqramda bildirib və bunu əks etdirən sənədlərin fotolarını yayımlayıb.  

Buna səbəb teleaparıcının keçirdiyi “Metod Sobçak” (Sobçak üsulu-red.) adlı marafonu olub.

Şikayətçilərin sözlərinə görə, onlar ümumilikdə 1,5 milyon rubl (46 611 AZN) məbləğində ödəniş ediblər və bir neçə VIP-paket alıblar. Müştərilərə bildiriblər ki, VIP-paketə Sobçakla təkbətək görüşlər, “Druzya Sobçak” (Sobçakın dostları-red.) qapalı qrupuna üzvlük, Kseniyadan müsahibə almaq və onunla canlı efir aparmaq imkanları, həmçinin digər imtiyazlar daxildir.

Şikayətçilər bu xidmətlərin göstərilmədiyini bildirib.

“Biz, çox güman, məşhur Kseniya Antaolyevna Sobçakın rəhbərliyi altında işləyən və ya onunla əlbir olan bir qrup fırıldaqçının qurbanı olmuşuq”, - şikayətdə deyilir.

Qeyd edək ki, marafon bu ilin aprelində başladılıb və sosial şəbəkələrdə geniş reklam olunub. İştirak üçün ödəniş 300-600 min rubl (9 322 - 18 644 AZN) arası olub.