Slovakiyaya Rusiyadan qazı başqa yolla alacaq

“Qazprom” Ukraynadan yan keçməklə Slovakiyaya qaz tədarük edəcək.

Bizimxeber.az bildirir ki, bunu ölkənin baş naziri Robert Fico deyib.

“Slovakiyanın SPP şirkəti çənləri doldurdu, biz onlardan mümkün qədər uzun müddət almayacağıq. Eyni zamanda, biz Qazpromla bağladığımız müqavilə əsasında bu anbarlara qaz yığacağıq. "Qazprom qazı başqa yolla tədarük edəcəyini söz verib" deyə Fico bildirib. 

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası hər zaman Slovakiyanın etibarlı tərəfdaşı olub və Ukraynadan fərqli olaraq bu ölkəni ruhdan salmayıb.