Slovakiyanın baş nazirinə sui-qəsdin terror aktı kimi araşdırılır

"Slovakiyanın baş naziri Robert Fizoya sui-qəsd terror aktı kimi araşdırılacaq". 

Bu barədə baş prokuror Maroş Jilinkanın bəyanatına istinadən xəbər verib.

İlkin olaraq Fizoya cəhd qəsdən adam öldürmə kimi araşdırılıb. 

İndi Baş Prokuror vəziyyətin dəyişdiyini elan edib və təqsirləndirilən şəxslərə hüquqi kvalifikasiyanın dəyişdirilməsi barədə məlumat verilib. Alınmış sübutlara əsasən, araşdırılan əməl terror aktı formasında xüsusilə ağır cinayət kimi tövsif olunacaq”, - o bildirib.

Kvalifikasiyanın dəyişməsindən asılı olmayaraq, hücumçu Juray Tsintula ömürlük həbs cəzası ilə üzləşir.