Şimali və Cənubi Koreya arasında müharibə başladı - Hava döyüşləri gedir - SON DƏQİQƏ

"Şimali Koreyaya məxsus pilotsuz təyyarələr iki ölkə sərhədini keçdikdən sonra Cənubi Koreya ordusu bir neçə xəbərdarlıq atəşi açıb".

Bizimxeber.az bildirir ki, bu barədə "Yonhap" Xəbər Agentliyinin məlumat yayıb.

Cənubi Koreya hərbçiləri yerli vaxtla səhər saat 10:25-də Gyeonggi vilayətinin sərhəd bölgələrində səmada bir neçə pilotsuz təyyarə aşkarlayıblar.

Dronlar Cənubi Koreya və Şimali Koreyanı ayıran hərbi demarkasiya xəttini keçib. Onlar Gimpo və Paju şəhərlərində, eləcə də Qanqva adasında görüntüləniblər. Ən azı bir Şimali Koreya pilotsuz uçan aparatının Koreya Respublikasının paytaxtı Seul üzərində uçuşu da görüntülənib.

Buna cavab olaraq Cənubi Koreya ordusu xəbərdarlıq atəşi açıb. Bundan sonra qoşunlar pilotsuz təyyarələri məhv etmək üçün döyüş təyyarələri və hücum helikopterlərindən istifadə ediblər. Əməliyyat hələ də davam edir.

Eyni zamanda, dronların məhv edilməsində iştirak etməli olan Cənubi Koreyanın KA-1 hücum təyyarəsi Vonjudakı aviabazadan qalxarkən qəzaya uğrayıb. Hücum edən təyyarədə olan hər iki pilot evakuasiya edildi. Qəzanın səbəbi hələlik məlum deyil.

Dronların işğalı mülki uçuşların da dayandırılmasına səbəb olub, Cənubi Koreyanın Nəqliyyat Nazirliyi Gimpo və İncheon hava limanlarından uçuşların müvəqqəti dayandırıldığını bildirib . Uçuşlar müvafiq olaraq 13:08 və 13:22-də dayandırılsa da, saat 14:10-da bərpa edilib. Ümumilikdə 30 reys təxirə salınıb. Reuters və Korea JongAnd Daily mənbələri uçuşların Cənubi Koreya ordusunun tələbi ilə dayandırıldığını bildirib.

Yonhap Xəbər Agentliyi qeyd edir ki, Şimali Koreya pilotsuz təyyarələri 2017-ci ildən bəri ilk dəfə Cənubi Koreyanın hava məkanına daxil olub. Dekabrın 6-da Şimali Koreya Cənubi Koreya və ABŞ-ın təlimlərinə cavab olaraq dəniz artilleriya zərbələri endirib. Dekabrın 5-də KXDR hərbçiləri də ölkənin şərqində və qərbində yerləşən dəniz zonalarında saxta hədəflərə 130-a yaxın mərmi atıblar.