ABŞ hazırda Şimali Koreyadan Rusiyaya yeni bölmələrin köçürülməsi ilə bağlı heç bir təsdiqə malik deyil, lakin belə bir ehtimalı istisna etmir.
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
"ABŞ Şimali Koreya qoşunlarının Rusiyaya yeni “tranşını” izləyirmi" sualına Miller, "Şimali Koreyadan Rusiyaya əlavə hərbçilərin göndərilməsi ilə bağlı yeni məlumatım yoxdur”, deyə cavab verib.