Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşdüyü təsdiqləndi

Çeçenistan xüsusi təyinatlı qüvvələrinin komandiri “Axmat” və Rusiya Müdafiə Nazirliyinin Baş hərbi-siyasi idarəsinin rəis müavini Apti Alaudinov Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibədə iştirak etdiyini bildirib. 

Bizimxeber.az “Kavkaz.Reali”yə istinadən bildirir ki, bu, Rusiya Federasiyasının nümayəndəsindən Koreya əsgərlərinin müharibədə iştirakının ilk təsdiqidir.

"Koreyalılar bizim qardaşlarımızdır. Ordumuzda xidmət edən hər kəs, hətta ateist olduğunu iddia etsə də, bizim qardaşımızdır, lakin Dəccal ordusuna müqavimət göstərməyə, ümumbəşəri və ailə dəyərləri uğrunda mübarizə aparmağa hazırdır ", - Alaudinov qeyd edib.

Bu sözlər “Agentstvo” Telegram kanalını belə qənaətə gətirib ki, Alaudinov Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşlərdə iştirakını təsdiqləyir.