Şimali Koreya əsgərləri Kursk bölgəsində öldürüldü -

ABŞ Müdafiə Nazirliyi Kursk bölgəsində rus qoşunlarına dəstək üçün döyüşən Şimali Koreya əsgərlərinin öldürüldüyü və yaralandığına dair sübutlara malikdir.

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonda keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Pet Rayder bildirib.

O, ölən və yaralananların sayını dəqiqləşdirməyib.

Rayderin məlumatına görə, Rusiyada Şimali Koreya ordusunun 12 minə yaxın əsgəri var, onlar Rusiya hərbi hissələrinə inteqrasiya olunub və əsasən piyada kimi istifadə olunur.