"Şimal axını" kəməri partladılıb - Son qərar açıqlandı

İsveç və Danimarka rəsmi qurumları Rusiya və Almaniyanı Baltik dənizi ilə birləşdirən və Ukrayna böhranında strateji hədəfə çevirilən "Şimal axını 1" və "2" boru kəmərlərində dörd dəliyi araşdırır.

izimxeber.az CNN-ə istinadən bildirir ki, isveçli araşdırmaçılar zədələnmiş "Şimal axını" boru kəmərlərinin yerində partlayıcı maddələrin izlərini aşkar edib və bununla da təxribatın baş verdiyini təsdiqləyiblər.

Bu arada Danimarka höküməti də ilkin araşdırmalar sızmaların güclü partlayışlar nəticəsində baş verdiyini ortaya qoyub. "Hazırda aparılan təhlillər aşkar edilən bir neçə obyektdə partlayıcı maddələrin izlərini göstərir", - İsveç Prokurorluğu bəyanatında bildirib.