Si Cinpin Trampın dəvətini qəbul etmədi - Andiçməyə qatılmayacaq

Çin lideri Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.

Bizimxeber.az bildirir ki, bu barədə CBS News öz mənbələrinə istinadən xəbər verib. 

Standart prosedur olan mərasimdə Çinin ABŞ-dakı səfirinin iştirakı gözlənilir. Amerika telekanalının məlumatına görə, andiçmə mərasimində Si Cinpin yox, digər Çin rəsmiləri də iştirak edəcək.

CBS News-un məlumatına görə, qeyri-rəsmi dəvət Pekini təəccübləndirib, çünki Çin rəsmiləri ABŞ-Çin münasibətlərində ciddi protokola öyrəşiblər. Çinin Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.